Bakı. Trend:
2024-cü ilin 1-ci yarısında Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının profisiti 2,6 milyard ABŞ dolları təşkil edib.
Trend xəbər verir ki, bu barədə AMB-nin statistika departamentinin direktoru Samir Nəsirov media-brifinqdə bildirib.
"Cari əməliyyatlar hesabının ÜDM-də payı 7,5 faiz təşkil edib. Neft-qaz sektorunda cari əməliyyatlar hesabının profisiti 6,948 milyard dollara çatıb ((15,4 faiz azalma)), halbuki qeyri - neft sektorunda defisit isə 4,322 milyard dollar təşkil edib ((41,1 faiz artım))".
Qeyd edək ki, keçən ilin eyni dövründə profisit 5,154 milyard dollar təşkil edirdi. Beləliklə, il ərzində profisit 49,07 faiz azalıb.
Mərkəzi Bank 2024-cü ilin yekunlarına görə cari əməliyyatlar hesabının profisitini 6-7 milyard ABŞ dolları səviyyəsində proqnozlaşdırır.
Azərbaycanda 2023-cü ildə cari əməliyyatlar hesabının profisiti 8,3 milyard ABŞ dolları olub (2022-ci ilin göstəricisi ilə müqayisədə 64,7 faiz azalma).