Bakı. Trend:
Azərbaycan Dəmir Yolları (ADY) və Çin Avropaya dəmir yolu xidmətlərinin sayını artırmağı müzakirə edir.
Trend xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin sədrinin müşaviri Emil Məmmədov “Qara Dəniz-Xəzər Logistika 2024” forumunda “Qara və Xəzər dənizlərində beynəlxalq nəqliyyat dəhlizləri” sessiyasında bildirib.
"Bilirsiniz ki, son bir ildə Bakı-Tbilisi-Qars (BTQ) dəhlizinin texniki xidmət məsələləri ilə məşğul olmuşuq. Biz əsas əməliyyat və təmir aspektlərinə fokuslanaraq, işləri başa çatdırdıq və 2024-cü ilin iyunundan etibarən fəaliyyət göstərən əsas əlaqə bərpa edilib. Bunun sayəsində xəttin ötürücülük qabiliyyəti 1 milyon tondan 5 milyon tona yüksəlib", – o qeyd edib.
Onun sözlərinə görə, indiki dövrdə BTQ Mərkəzi Asiya ölkələrindən Avropaya və ya Afrikaya yük daşımaları üçün ən qısa və ən rahat marşrutdur.
"Türkiyənin Azərbaycan və ya Mərkəzi Asiya regionu arasındakı əlaqələr baxımından bu, ən qısa quru marşrutdur ki, yalnız ənənəvi yük daşımaları deyil, eyni zamanda, kontinental dəmir yolu tədarükünü də mümkün edir. Həmçinin, biz çinli tərəfdaşlarımızla Avropaya dəmiryolu marşrutlarının sayını artırmağı müzakirə edirik ki, bu da Çinin Avropa bazarına çıxması üçün əlavə imkan yaradacaq", – o əlavə edib.