Bakı. Trend:
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan İraqın ticarət naziri Atir Əl-Qurayr ilə görüşüb.
Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə iki ölkə arasında əməkdaşlıq çərçivəsində maraq doğuran məsələlər müzakirə olunub.
Həmçinin İraqda nəqliyyat və yol infrastrukturu üzrə həyata keçirilən layihələrdə Azərbaycan şirkətlərinin iştirakı nəzərdən keçirilib.