Bakı. Trend:
Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistanın Baş nazirinin müavini Cəmşid Xocayevlə görüşüb.
Trend xəbər verir ki, nazir bununla bağlı öz "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Özbəkistanın Baş nazirinin müavini cənab Cəmşid Xocayevlə ölkəmizdə yenidən görmək xoş oldu. Dost ölkə ilə 2024-2025-ci illər üçün ticarət-iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsinə dair Yol Xəritəsi çərçivəsində sənaye, energetika, logistika, kənd təsərrüfatı və turizm sahələrində fəaliyyətin perspektivlərini dəyərləndirdik. Birgə reallaşdırılan layihələr regionda iqtisadi sabitliyə, xalqlarımızın rifahına, ölkələrimizin biznes subyektlərinin perspektivli ticarət platformalarına çıxışına, yeni iş yerlərinin yaranmasına və yerli infrastrukturun təkmilləşməsinə təkan verəcək", - deyə o qeyd edib.