...

Heydər Əliyev adına Neft Emalı Zavodunda ötən il emal olunan xam neftin həcmi açıqlanıb

İqtisadiyyat Materials 30 Sentyabr 2024 17:16 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) 2023-cü ildə 6290,2 min ton xam neft emal olunub.

Trend xəbər verir ki, bu barədə SOCAR-ın 2023-cü ildəki fəaliyyəti ilə bağlı illik hesabatında bildirilir.

Bundan 1464,4 min ton avtomobil benzini, 594,1 min ton reaktiv mühərrik yanacağı, 2311,4 min ton dizel yanacağı, 237,6 min ton maye qazlar, 277,8 min ton bitum, 8,9 min ton sürtkü yağları, 231,7 min ton koks və sair məhsullar istehsal edilib.

Hesabat ili ərzində həyata keçirilmiş tədbirlərin nəticəsində neft emalının dərinliyi 97,6% təşkil edib. İl ərzində satılmış neft məhsullarının 90,3%-i daxili bazara, qalan 9,7%-i isə ixrac olunub.

Qeyd edək ki, 2022-ci il ilə müqayisədə bneft emalı 4,84 faiz artıb.

Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti