...

“Priceless” Azərbaycanda: ekslüziv təcrübələri qarşılayın (FOTO)

İqtisadiyyat Materials 9 Oktyabr 2024 14:56 (UTC +04:00)
“Priceless” Azərbaycanda: ekslüziv təcrübələri qarşılayın (FOTO)

Bakı. Trend:

Mastercard Azərbaycan üçün ilk "Priceless" tədbirini elan edir. Artıq yerli Mastercard kart sahibləri eksklüziv təcrübələrlə tanış ola biləcəklər. “Göygöl Şərab Zavodu” şirkəti ilə əməkdaşlıq çərçivəsində təşkil olunan tədbir regionda istehlakçılar üçün yeni faydalar erasının başlanğıcını qoyur.

"Priceless" Mastercard-ın kart sahiblərinə qastronomiya, idman, əyləncə və səyahət daxil olmaqla çox sayda unikal təcrübələr təqdim edən qlobal platformasıdır. “Priceless.com” platforması təkcə əməliyyat üstünlükləri ilə kifayətlənmir, həmçinin Mastercard kart sahiblərinə bənzərsiz fürsətlərdən yararlanmaq imkanı verir.

Azərbaycanda bu platformanın təqdimatı “Priceless Specials” proqramı çərçivəsində 120-dən çox yerli məkanda endirimlər və 20-dən çox ölkədə 400-dən çox məkanda keşbek mükafatları təqdim edən “Mastercard Traveler” proqramına giriş kimi eksklüziv üstünlüklərlə başlayır. Bu tədbirlə birlikdə “Priceless.com” platforması tezliklə yalnız Mastercard kart sahibləri üçün eksklüziv tədbirlər və təcrübələr mərkəzinə çevriləcək.

“Unudulmaz xatirələr yaratmaq və Mastercard kart sahiblərinə xüsusi təcrübələr təqdim etmək məqsədilə “Priceless.com”u Azərbaycana gətirməkdən məmnunuq. Bu tədbir təkliflərimizi genişləndirmək və kart sahiblərimiz üçün unikal dəyər yaratmaq hədəfi ilə çıxdığımız yolun başlanğıcıdır”, Mastercard-ın Azərbaycan üzrə ölkə meneceri Emil Zeynalov bildirib.

“Priceless” platforması bank proqramları və veb-saytlara inteqrasiya edilərək istifadəçilərə eksklüziv təklif və imtiyazlara asan çıxış təklif edir. “Priceless.com”un Azərbaycanda işə salınan B2C tərəfi isə kart sahibləri üçün unikal təcrübələr yaratmaq məqsədilə yerli biznes və qlobal tərəfdaşlarla əməkdaşlığa əsaslanır. İndi hər an həqiqətən qiymətsizdir.

Xəbər lenti

Xəbər lenti