...

Trabzon hava limanında sərnişindaşıma 3 milyon nəfərə yaxınlaşıb

İqtisadiyyat Materials 14 Oktyabr 2024 13:10 (UTC +04:00)

Bakı. Trend:

2024-cü ilin sentyabr ayında Türkiyənin Trabzon Hava Limanına gələn sərnişinlərin sayında ötən ilin eyni dövrü ilə müqayisədə dəyişim olmayıb. Bu dövrdə sərnişinlərin sayı 2 milyon 873 min 23 nəfər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin sentyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2023-cü ilin analoji dövrü ilə müqayisədə 4 faiz artaraq, 2 milyon 179 min 441 nəfər, beynəlxalq reyslər üzrə isə 12 faiz azalaraq 693 min 582 nəfər təşkil edib.

2024-cü ilin sentyabr ayında hava limanının yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4 faiz azalaraq 30 min 495 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin sentyabr ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1 faiz artaraq, 18 min 627 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 11 faiz azalaraq, 11 min 868 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2024-cü ilin sentyabr ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin sentyabr ayı ilə müqayisədə 6 faiz azalaraq, 20 min 468 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 4 faiz azalaraq 14 min 147, beynəlxalq reyslər üzrə isə 10 faiz azalaraq 6 min 321 olub.

Bu ilin sentyabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 177 milyon 135 min 729 nəfər, yük daşınması isə 3 milyon 712 min 255 ton təşkil edib.

Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 117 milyon 929 min 163 nəfər, yük daşınması isə 2 milyon 417 min 502 ton təşkil edib.

Xəbər lenti

Xəbər lenti