...

Bərk Məişət Tullantılarının Yandırılması Zavodu 231 milyon kvt/saata qədər elektrik enerjisi hasil etmək gücünə malikdir - Orxan Cabbarov

İqtisadiyyat Materials 11 Noyabr 2024 12:00 (UTC +04:00)
Bərk Məişət Tullantılarının Yandırılması Zavodu 231 milyon kvt/saata qədər elektrik enerjisi hasil etmək gücünə malikdir - Orxan Cabbarov
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

“Təmiz Şəhər” ASC tullantıların idarə olunması sənayesini dayanıqlı və yaşıl iqtisadiyyata doğru aparmaq resurslardan istifadənin optimallaşdırılmasına, ətraf mühitə mənfi təsirlərin azaldılmasına və ictimaiyyətin proseslərə aktiv cəlb olunmasına (məsuliyyəti sahiblənməsinə) nail olmaqdır.

Trend xəbər verir ki, bunu Milli QHT Forumu Pavilyonu COP29-da keçirilən Azərbaycanın ekoloji məsələlərinin həllində dövlət-özəl sektor tərəfdaşlığı panelində "Təmiz Şəhər” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Orxan Cabbarov deyib.

O bildirib ki, missiyamız daha təmiz və dayanıqlı gələcəyə nail olmaq üçün yüksək texnologiyaların tətbiqindən, əməkdaşlıqlardan və ictimaiyyətin iştirakından faydalanaraq tullantıların innovativ və səmərəli idarə edilməsini həyata keçirməkdir:

“Hazırda Bərk Məişət Tullantılarının Yandırılması Zavodu Balaxanı qəsəbəsində ayrılmış 20 hektar ərazidə inşa olunan və İllik gücü 500 min ton məişət tullantısı, o cümlədən, 10 min ton tibbi tullantı təşkil edən zavodun idarəetməsi hazırda "PAPREC Enerji Azərbaycan" şirkəti tərəfindən həyata keçirilir.

2023-cü ilin məlumatına əsasən, zavod tullantıların yandırılması prosesi nəticəsində il ərzində 231 milyon kvt/saata qədər elektrik enerjisi hasil etmək gücünə malikdir və il ərzində burada əldə edilən enerji ilə 100 min ev təsərrüfatını elektrik enerjisi ilə tam təmin etmək mümkündür. İllik 500 min ton bərk məişət tullantısı Bakı şəhəri üzrə qəbul edilmiş tullantıların təxminən 58%-i deməkdir”.

"Balaxanı Sanitar Poliqonu 26 xüsusi tullantı hücrəsindən ibarət Sanitar Poliqon 20 iI müddətində 10 min ton tullantı qəbul etmək gücünə malikdir. Sanitar Poliqonda tullantılardan əmələ gəlmiş çirkab sularının ilkin təmizlənməsi üçün tutumları müvafiq olaraq 1500 və 400 kub metr olan 2 hovuz tikilib.

Toplanan çirkab sularının təmizlənməsi məqsədilə gündəlik istismar gücü 80 kubmetr olan xüsusi təmizləyici qurğu quraşdırılıb.

Tullantılarda yaranan bioqazların toplanması və enerjiyə çevrilməsi məqsədilə 2MVt gücündə vahid istilik və enerji qurğusu yerləşdirilib”, - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti