Bakı. Trend:
Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda 8 milyon 570 min manatlıq dərman istehsal olunub.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, istehsal edilmiş dərman vasitələrinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 12,1% artıb.
Ötən il ölkədə 7 milyon 642 min manatlıq dərman vasitələri istehsal olunub.
Noyabrın 1-nə olan vəziyyətə əsasən, 967,2 min manatlıq hazır məhsul ehtiyatı mövcuddur.