...

Azərbaycanda viski istehsalı artıb

İqtisadiyyat Materials 9 Dekabr 2024 19:48 (UTC +04:00)
Azərbaycanda viski istehsalı artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 673,9 min dekalitr (dkl) viski istehsal edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsinin hesabatına isitinadən xəbər verir.

Məlumata görə, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə ölkədə viski istehsalı 44,8 min dkl və ya 2,9 dəfə artıb.

Ötən ilin yanvar-oktyabr aylarında 229,1 min dkl viski və konyak istehsal edilmişdi.

Noyabr ayının 1-nə hazır məhsul ehtiyatı isə 135,6 min dkl təşkil edib.

Hazır məhsul ehtiyatı 70,8 min dkl, yəni 2 dəfədən çox artıb. Ötən ilin eyni dövründə hazır məhsul ehtiyatı 64,8 min dkl olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti