Bakı. Trend:
Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” müştəri məmnuniyyətinin standartlarının inkişafı və göstərilən xidmətlərin keyfiyyətinin artırılmasına hədəflənən “Öncə müştəri” təşəbbüsü çərçivəsində müxtəlif layihələrin həyata keçirilməsinə start verib. Bu istiqamətdəki ilk layihələrdən biri yeni məzunlar və tələbələr üçün bank sahəsində peşəkar inkişaf və uğurlu karyera qurmaq məqsədilə "PAŞA Bank" təcrübə proqramı təqdim edir.
Proqram 6 aylıq müddəti əhatə edir. İştirakçılar bank sektorunda real iş mühiti ilə tanış olacaq, müştərilərlə birbaşa əlaqə quraraq praktiki təcrübə toplayacaq və müştəri xidmətləri sahəsində dərin biliklər əldə edəcəklər. Eyni zamanda, Bankın müştəri məmnuniyyətinin strategiyasının bir hissəsi olaraq, iştirakçılara korporativ iş mühitində fəaliyyət göstərmək və peşəkar bacarıqlarını inkişaf etdirmək imkanı təqdim edilir. “PAŞA Bank” mütəxəssisləri tərəfindən keçirilən təlimlərə qoşularaq iştirakçılar biznes bilikləri ilə yanaşı praktiki bacarıqlar da əldə edəcəklər.
Təcrübə proqramı yüksək kommunikasiya bacarığına, təşəbbüskarlığa, komandada effektiv işləmək və detallara diqqət yetirmək qabiliyyəti olan bakalavr təhsilinin 3-cü və 4-cü kurs tələbələri, hazırkı magistr tələbələri və 2024-cü il məzunları üçün nəzərdə tutulub.
Proqram haqqında ətraflı məlumat əldə etmək və qeydiyyatdan keçmək üçün linkə daxil olun: https://pshb.az/40kR4t6.