...

Azərbaycanda mənzil tikintisi üzrə investisiyaların dəyəri iki dəfəyədək artıb

İqtisadiyyat Materials 10 Fevral 2025 17:52 (UTC +04:00)
Azərbaycanda mənzil tikintisi üzrə investisiyaların dəyəri iki dəfəyədək artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Azərbaycanda tikinti sektoru üzrə əsas kapitala yönəldilmiş investisiyaların dəyəri 5,3 milyard manat təşkil edib.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu, 2023-cü ildəki göstərici ilə müqayisədə 11,8% çoxdur.

Hesabat dövründə ölkədə mənzil tikintisi üzrə əsas kapitala yönəldilmiş investisiyaların dəyəri isə 2,6 milyard manata bərabər olub ki, bu da 2023-cü ildəki göstəriciyə nisbətən 92,8% artım deməkdir.

Ötən il mənzil tikintisi üzrə əsas kapitala yönəldilmiş investisiyaların dəyərinin ümumi yekunda xüsusi çəkisi 12% təşkil edib.

Qeyd edək ki, Azərbaycanda 2024-cü ildə əsas kapitala 21,4 milyard manat məbləğində, yaxud 2023-cü illə müqayisədə 0,7 faiz az investisiya yönəldilib. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 10,2% azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 3,3% artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti