Bakı. Trend:
Kölgə iqtisadiyyatı ilə mübarizənin əhəmiyyətli hissəsi qanunvericilik tətbiqinin hər bir kəsə tətbiq edilməsidir.
Trend xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Bakıda keçirilən “VERGİ XİDMƏTİ – 25: Davamlı inkişaf və effektiv transformasiya” Forumunda deyib.
"Bu sahədə bizimlə çiyin-çiyinə olan aidiyyəti dövlət orqanlarına, Baş Prokurorluğa təşəkkürümü bildirmək istərdim. Vaxtilə vergilər orqanının inzibatçılığı hansı meyarlara əsaslanır sualı ilə rastlaşırdıq. Bu suallara cavab var. Cavab dövlətin müvafiq qanunvericiliyinə əsaslanmasıdır", - nazir vurğulayıb.
Qeyd edək ki, bu gün Bakıda “VERGİ XİDMƏTİ – 25: Davamlı inkişaf və effektiv transformasiya” Forumu keçirilir.
Tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva, dövlət qurumlarının, beynəlxalq audit şirkətlərinin nümayəndələri iştirak edirlər.