...

Şahdəniz yatağından hasil edilən qaz və kondensatın həcmi açıqlanıb

İqtisadiyyat Materials 13 Fevral 2025 12:30 (UTC +04:00)
Şahdəniz yatağından hasil edilən qaz və kondensatın həcmi açıqlanıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Şahdəniz yatağından 28 milyard standart kubmetr qaz hasil edilib.

Trend bu barədə bp şirkətinin Azərbaycanda fəaliyyətinə dair ötən ilin nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.

Məlumata görə, bu göstərici əvvəlki illə müqayisədə 2 milyard standart kubmetr, yaxud da 7,7% çoxdur. Bununla yanaşı, ötən il Şahdəniz yatağından 4 milyon tondan çox (təqribən 35 milyon barel) kondensat hasil edilib. Bu göstərici illik müqayisədə dəyişməyib. Belə ki, 2023-cü ildə Şahdəniz yatağından ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 26 milyard standart kubmetr qaz və 4 milyon tondan çox (təqribən 35 milyon barel) kondensat hasil edilib.

Qeyd edək ki, mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 79 milyon (ildə təqribən 29 milyard) standart kubmetrdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti