Bakı. Trend:
Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən bəyannamə məlumatlarının Dövlət Vergi Xidmətinə (DVX) ötürülməsi prosesi tamamilə rəqəmsallaşmış və real vaxt rejimində həyata keçirilməsi təmin edilmişdir.
Trend xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov bu gün Bakıda keçirilən “VERGİ XİDMƏTİ – 25: Davamlı inkişaf və effektiv transformasiya” Forumunda deyib.
O bildirib ki, Dövlət Gömrük Komitəsinin və Dövlət Vergi Xidməti arasında əməkdaşlıq ölkənin iqtisadi inkişafına və xarici ticarət dövriyyəsinə, bu sahədə inkişafın əldə olunmasına təsir göstərən çox vacib amillərdən biridir:
"Bu sahədə əsas addımlardan biri gömrük Bəyannamələri barədə məlumatların elektron mübadiləsinin təmin edilməsidir. Dövlət Gömrük Komitəsi tərəfindən Bəyannamə məlumatlarının Dövlət Vergi Xidmətinə ötürülməsi prosesi tamamilə rəqəmsallaşmış və real vaxt rejimində həyata keçirilməsi təmin edilmişdir".