...

Ötən il Bakıda əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri açıqlanıb

İqtisadiyyat Materials 19 Fevral 2025 11:28 (UTC +04:00)
Ötən il Bakıda əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri açıqlanıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il ərzində Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 8 milyard 335,8 milyon manat olub.

Trend bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici əvvəlki illə müqayisədə, real ifadədə 9,1 faiz və ya 987,2 milyon manat çoxdur. Belə ki, 2023-cü ildə Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 7 milyard 348,6 milyon manat təşkil edib.

Ötən il Bakıda hüquqi şəxslər tərəfindən əhaliyə 7 milyard 295,5 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 87,5 faizini təşkil edib.

Qeyd edək ki, 2024-cü ildə Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü illə müqayisədə real ifadədə 8,6 faiz artaraq, 12 milyard 885,5 milyon manat olub. Hüquqi şəxslər tərəfindən əhaliyə 9698,8 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,3 faizini təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti