...

Azərbaycan əczaçılıq məhsullarının idxalını azaldıb, xərclər isə artıb

İqtisadiyyat Materials 20 Fevral 2025 13:18 (UTC +04:00)
Azərbaycan əczaçılıq məhsullarının idxalını azaldıb, xərclər isə artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycana idxal olunan əczaçılıq məhsullarnın miqdarı 2,7 min ton olub.

Trend-in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbər görə, bu miqdarda məhsulun idxal xərci 51,8 milyon ABŞ dolları təşkil edib.

Əczaçılıq məhsullarının idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 1 000 ton və ya 27,8% azalıb, dəyər ifadəsi ilə 6,4 milyon ABŞ dolları 14% artıb.

Belə ki, 2024-cü ilin yanvarında Azərbaycana idxal edilən əczaçılq məhsullarının miqdarı 3,7 min ton, dəyəri isə 45,4 milyon ABŞ dolları idi.

Qeyd edək ki, ötən ay idxal olunan əczaçılıq məhsulları ümumi idxalın 2,53%-ni təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti