...

Bəzi dövlət istiqrazlarının vaxtından əvvəl geri alınması üzrə hərrac keçirilib

İqtisadiyyat Materials 26 Fevral 2025 09:41 (UTC +04:00)
Bəzi dövlət istiqrazlarının vaxtından əvvəl geri alınması üzrə hərrac keçirilib
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

“Bakı Fond Birjası” QSC-də Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201040208, AZ0201040240 və AZ0201040265 ISIN kodlu dövlət istiqrazlarının vaxtından əvvəl geri alınması üzrə hərrac keçirilib.

Trend bu barədə Maliyyə Nazirliyindən məlumat əldə edib.

Məlumata görə, investorlar tərəfindən sözügedən ISIN kodlu dövlət istiqrazları üzrə ümumilikdə 27 milyon manat məbləğində sifarişlər təqdim edilib və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən həmin sifarişlər üzrə ümumilikdə 18,2 milyon manat məbləğində dövlət istiqrazları vaxtından əvvəl geri alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti