...

Azərbaycanın bu rayonunda aztəminatlı ailələrin mənzil şəraiti yaxşılaşdırılacaq

İqtisadiyyat Materials 6 Mart 2025 17:17 (UTC +04:00)
Azərbaycanın bu rayonunda aztəminatlı ailələrin mənzil şəraiti yaxşılaşdırılacaq
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ağstafa rayonunda aztəminatlı ailələrin mənzil şəraitləri yaxşılaşdırılacaq.

Trend-in əldə etdiyi məlumata görə, Ağstafa Rayon İcra Hakimiyyəti (RİH) bununla bağlı müvafiq işlərə başlayıb.

Belə ki, RİH rayonda bir qisim aztəminatlı ailələrin mənzil şəraitlərinin yaxşılaşdırılması üçün tikinti materialları alacaq.

RİH hazırda sözügedən işləri yerinə yetirəcək şirkət axtarışındadır.

Qeyd olunan işlərin icrasının 101,5 min manata başa gələcəyi proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti