Bakı. Trend:
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Masallı Sənaye Məhəlləsində investisiya həcmi 14,7 milyon manatdan çox olan 9 sahibkarlıq subyektinə rezidentlik statusu verilib, 6 müəssisə artıq fəaliyyətə başlayıb.
Bu barədə Trend-ə İZİA-dan məlumat verilib.
Bildirilib ki, sahibkarlar tərəfindən görülmüş işlərə ümumilikdə 2,1 milyon manat investisiya yatırılıb, 70-dən artıq daimi iş yeri yaradılıb:
"Növbəti mərhələdə mövcud layihələr üzrə əlavə olaraq 12,6 milyon manat investisiyanın yatırılması, 300-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.
Masallı Sənaye Məhəlləsində indiyədək 14,4 milyon manatlıq məhsul istehsalı həyata keçirilib".
Qeyd edək ki, Masallı Sənaye Məhəlləsi Dövlət başçısının 2016-cı il 13 iyun tarixli Sərəncamı ilə yaradılıb. Məhəllə 10 hektar ərazini əhatə edir.