Bakı. Trend:
Cari ilin iyul ayında “OpenAI” tərəfindən yaradılmış süni intellekt modeli “ChatGPT”nin Azərbaycan bazarında payı 96,1 faizə yüksəlib.
Trend-in “Global Stats” Statistika Mərkəzindən əldə etdiyi məlumata görə, bu göstərici bir ay əvvələ nisbətən 0,11 faiz bəndi azalıb.
Siyahıda ikinci pillədə 2,18 faizbazar payı ilə “Microsoft Copilot”un çatbotu qərarlaşıb. Bu isə bir ay əvvələ nisbətən 0,69 faiz bəndi azdır.
Hesabat ayında “Google Gemini” çatbotunun Azərbaycanda bazar payı 0,3 faiz bəndi artaraq 1,07 faizə yüksəlib.
Bunlardan başqa, cari ilin iyul ayında “Perplexity” çatbotun Azərbaycanda bazar payı əvvəlki aydakı göstərici ilə müqayisədə 0,19 faiz bəndi artaraq 0,68 faizə, “Claude” çatbotunun ölkədəki bazar payı isə 0,31 faiz bəndi artaraq 0,45 faiz təşkil edib.