...

Ağdamda 4 nömrəli yaşayış massivi üzrə 3,3 milyon manatlıq işlərə başlanılır

İqtisadiyyat Materials 3 Dekabr 2025 14:47 (UTC +04:00)
Ağdamda 4 nömrəli yaşayış massivi üzrə 3,3 milyon manatlıq işlərə başlanılır
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ağdam rayonunun 4 nömrəli yaşayış massivi üzrə su – kanalizasiya, yaşıllıq, yol, səki və abadlıq işləri aparılacaq.

Trend-in dövlət satınalmalarının vahid internet portalına istinadən məlumatına görə, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti artıq bununla bağlı müvafiq işləri yekunlaşdırıb.

Belə ki, qurum yaşayış massivində sözügedən işlərin icrasını “Az Technocon Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, MMC-yə 3,270 milyon manat ödənilib.

Qeyd edək ki, işlərin həvalə olunduğu şirkət 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin qanuni təmsilçisi Acalov Elşad Ağakişi oğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti