Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) BOKT “Finans Kredit” MMC-nin və “SF Azerbaijan” BOKT MMC-nin vəzifəli şəxslərini inzibati məsuliyyətə cəlb edib.
Trend bu barədə AMB-yə istinadən xəbər verir.
“Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbi ilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq, Bank olmayan kredit təşkilatı “Finans Kredit” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi 1 500 (min beş yüz) manat məbləğində, “SF Azerbaijan” Bank olmayan kredit təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi isə 2 000 (iki min) manat məbləğində cərimə edilmişdir”, - məlumatda qeyd edilib.
