Bakı. Trend:
Regionlardakı filial şəbəkəsinə görə Bank Olmayan Kredit Təşkilatları (BOKT) aparıcı mövqeyə sahibdir. BOKT-ların 238 filialı regionlarda fəaliyyət göstərir.
Trend xəbər verir ki, bunu Mərkəzi Bankın Baş direktoru Fuad İsayev bu gün Bakıda keçirilən Mikromaliyyə Forumunda deyib.
Onun sözlərinə görə, bu, regional maliyyələşmədə BOKT-ların əhəmiyyətini göstərir:
"Hazırda sektorda 54 BOKT və 35 kredit ittifaqı fəaliyyət göstərir, bunlardan biri istisna olmaqla hamısı özəl sektoru təmsil edir. Həmçinin, mikromaliyyə sektorunda 14 xarici kapitallı BOKT fəaliyyət göstərir".
