...

Dövlət zəmanətli borcun strukturu məlum olub

İqtisadiyyat Materials 4 Fevral 2026 10:35 (UTC +04:00)
Dövlət zəmanətli borcun strukturu məlum olub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı il 01 yanvar tarixinə dövlət zəmanətli borcun məbləği (daxili vəxarici dövlət zəmanətli borc) 10 milyard 368,4 milyon manat və ya 2025-ci il üzrə ÜDM-in 8,0 faizini təşkil edib.

Trend Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, dövlət zəmanətinin 8 milyard 725,4 milyon manatı (5 milyard 132,6 milyon ABŞ dolları) və ya 84,2 faizi xarici dövlət zəmanətli kreditlərin, 1.643,0 milyon manatı vəya 15,8 faizi isə daxili dövlət zəmanətli kreditlərin payına düşür.

2026-cı il 01 yanvar tarixinə dövlət zəmanətli borc portfelinin valyuta tərkibi aşağıdakı kimi olub:
ABŞ dolları –63,9 faiz, avro –17,7 faiz, manat –12,8 faiz, yapon yeni –3,7 faiz, digər valyutalar - 1,9 faiz.

Dövlət zəmanətli borcun 73,9 faizi 5 ilə qədər olan müddətdə, 16,6 faizi 5 ildən 10 ilə qədər olan müddətdə, 9,5 faizi isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.

Hesabat tarixinə dövlət zəmanətli borc portfelinin 59,8 faizini sabit, 40,2 faizini dəyişkən faiz dərəcəli borc təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti