IsDB Azərbaycanda sukukların emissiyası üzrə çərçivə proqramının yaradılması ilə bağlı Mərkəzi Bankla əməkdaşlıq edəcək

İqtisadiyyat Materials 7 May 2026 13:42 (UTC +04:00)
IsDB Azərbaycanda sukukların emissiyası üzrə çərçivə proqramının yaradılması ilə bağlı Mərkəzi Bankla əməkdaşlıq edəcək
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

İslam İnkişaf Bankı Qrupu (IsDB) ölkədə sukuk emissiyası üzrə ölkədə ilk çərçivə proqramının hazırlanması istiqamətində Azərbaycan Mərkəzi Bankı ilə fəal əməkdaşlıq edir.

Trend xəbər verir ki, bunu Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (ICD) korporativ strategiya və araşdırmalar şöbəsinin meneceri Elvin Əfəndi Bakıda keçiriləcək İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısına hazırlıqla bağlı təqdimat zamanı deyib.

Onun sözlərinə görə, bu, gələcəkdə həm suveren səviyyədə, həm də korporativ səviyyədə sukuk emissiyaları üçün əsas yaradacaq.

"KOB-lara dolayı dəstəkdən əlavə, biz həmçinin iri korporativ və infrastruktur layihələrini maliyyələşdiririk. Bunlar yerli maliyyə institutlarının müxtəlif səbəblərdən, ilk növbədə əməliyyatın həcmi, strukturun mürəkkəbliyi və əlaqədar risklər səbəbindən hər zaman investisiya etməyə hazır olmadığı layihələrdir. Belə olan hallarda biz prosesə qoşulur və birbaşa korporativ və ya iri infrastruktur layihələrinə investisiya yatırırıq",- deyə o qeyd edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti