...

Dünya Bankının departament rəhbəri: Bank Azərbaycanda ekoloji layihələrə 300 mln. dollara qədər vəsait ayıracaq (video)

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Sentyabr 2007 18:06 (UTC +04:00)
Dünya Bankının departament rəhbəri: Bank Azərbaycanda ekoloji layihələrə 300 mln. dollara qədər vəsait ayıracaq (video)

Azərbaycan, Bakı / Trend , müxbir A.Bədəlova/ Cümə günü Bakıda Dünya Bankının davamlı inkişaf departamenitnin rəhbəri Piter Tompson mətbuat konfransında bildirib ki, Dünya Bankı Azərbaycana ekoloji layihələrin inkişafı sahəsində 250-300 mln. dollar vəsait ayırmağa hazırdır.

Bakıda işgüzar səfərdə olan Tompson Azərbaycanın vəzifəli şəxsləri ilə görüşlər keçirib, görüşlər zamanı müxtəlif sahələrdə layihələrin inkişafı məsələləri müzakirə olunub. Müzakirə olunan məsələlərdən biri ətraf mühitin təmizlənməsi olub.

Tompson Dünya Bankının, neftlə çirklənmiş bir sıra ərazilərin təmizlənməsi sahəsində yardım göstərməyə hazır olduğunu bildirib.

Onun sözlərinə görə, 6-9 ay ərzində bu sahədə layihələr reallaşmalıdır. Tompson, həmçinin, məlumat verib ki, Azərbaycan qanunvericiliyinin ekologiya sahəsində Avropa Şurasının standartlarına uyğunluğu müsbət nəticələrə səbəb olacaq.

Növbəti müzakirə olunan məsələ dəmir yolunun inkişafına yardım olub. Azərbaycan hökuməti bu sahədə , xüsusilə "Bakı-Tbilisi-Qars" dəmir yolu layihəsinin dəstəklənməsində Dünya Bankının köməyini xahiş edib. Görüşlərdə, həmçinin, kənd təsərrüfatı, təhsil sahəsində layihələr müzakirə olunub. Sosial müdafiənin və təqaüd təminatının maliyyələşməsi ilə bağlı layihə də hazırlanır.

Tompson bildirib ki, məcburi kökçünlərilə bağlı layihəyə 10-30 mln. dollar vəsait ayrılacaq. Layihə qaçqınların iqtisadi vəziyyətinin yaxşılaşdırılmasını, həmçinin məktəblərin tikintsinə yardımı nəzərdə tutur.

Piter Tompsonun sözlərinə görə, bu maliyyə ili üçün Beynəlxalq İnkişaf Assosiasiyasının şərtləri ilə 127 mln. dollar vəsait ayrılacaq.

Xəbər lenti

Xəbər lenti