...

Dövlət Baytarlıq Xidməti: "Azərbaycanda epizootik vəziyyət sabitdir"

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Sentyabr 2007 14:50 (UTC +04:00)
Dövlət Baytarlıq Xidməti: "Azərbaycanda epizootik vəziyyət sabitdir"

Azərbaycan, Bakı / Trend , müxbir S.Babayeva/ Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Xidməti ölkədə təhlükəli yolxucu heyvan xəstəliklərinin ölkəyə daxil olması və yayılmasının qarşısının alınması ilə bağlı aparılan mübarizə tədbirlərinin statusunu açıqlayıb.

Dövlət Xidmətinin mətbuat katibi Yolçu Xanvəlinin bazar ertəsi verdiyi məlumata görə, "quş qripi" virusunun yayılması səbəbindən Krasnodar, Stavropol və Rusiyanın Şimali Qafqaz regionundan Azərbaycana quş məhsulları, heyvani mənşəli qidalar, yemlər və yem əvəzləyicilərinin idxalına olan müvəqqəti qadağa qüvvədə qalır. Azərbaycan adətən quş məhsullarını Rusiya, Türkiyə, ABŞ, Braziliya və Kanadadan idxal edir. Azərbaycan Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, yanvar-iyun ayları ərzində ölkəyə 4772, 7 min ABŞ dolları həcmində 9803,5 ton quş əti idxal olunub.

"İdxala qadağa Gürcüstana münasibətdə də qalmaqdadır ki, bu ölkədə donuzlar arasında "Afrika taunu" aşkar olunub" - deyə Xanvəli bildirib.

Virusların ölkəyə daxil olmasının qarşısını almaq üçün sərhəd və baytarlıq məntəqələri gücləndirilmiş rejimdə işləyir. Gürcüstan və Rusiya ilə sərhəddə dezobaryerlər yaradılıb, bu ölkələrdən gələn avtomaşınlar dezinfeksya edilir.

Brüselyozun yayılmasının qarşısını almaq üçün Azərbaycanın bütün regionlarında monitorinqlər, iribuynuzlu və xırdabuynuzlu mal-qaranın vaksinasiyası həyata keçirilir.

Köçəri quşların miqrasiyası, Rusiyanın bir sıra əyalətlərində xəstəliyin mövcud olması ilə əlaqədar "quş qripi"nin xəbərdarlığı məqsədilə sentyabrın 24-də birinci payız monitorinqinə başlanacaq. Monitorinq baytarlıq xidmətinin, Ekologiya, Səhiyyə Nazirliyinin, Ovçular Cəmiyyətinin mütəxəssislərindən ibarət komissiya tərəfindən aparılır. Bir qayda olaraq monitorinq Abşeron yarımadasını, Dəvəçi, Səlyan, Ağcabədi və Lənkəranı əhatə edir.

Mətbuat katibinin sözlərinə görə, ölkədə "quş qripi" ilə bağlı vəziyyət sabitdir. Bu il səkkiz monitorinq keçirilib, çöl və ev quşlarının 8210 nümunəsi müayinə edilib. Nümunələrin heç birində bu virus aşkar olunmayıb.

Azərbaycanda çöl quşlarının ovuna, satışına və istifadəsinə qoyulan qadağa qüvvədə qalır.

Xəbər lenti

Xəbər lenti