...

Moody's kredit reytinqləşməsinin metodikasındakı mümkün dəyişiklikləri nəzərdən keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Sentyabr 2007 17:19 (UTC +04:00)
Moody's kredit reytinqləşməsinin metodikasındakı mümkün dəyişiklikləri nəzərdən keçirir

Azərbaycan, Bakı/ Trend / Moody's Investors Service beynəlxalq reytinq agentliyi maliyyə alətləri üzrə reytinq verdikləri metodikanın mümkün dəyişikliklərini nəzərdən keçirir. Reuters Britaniya KİV-lərinə istinadən xəbər verir ki, şirkətin bu cür fəaliyyətə baş vura bilməsinin səbəbi son zamanlar mütəmadi olaraq, subprime böhranı fonunda reytinq agentliklərinin qiymətləndirmələrinin düzgün olmaması ilə bağlı ittihamlarla əlaqədardır.

Moody's direktoru Brayan Klarkson bildirib ki, hazırda agentlik satışla bağlı riskləri qiymətləndirmək üçün alətlər üzərində işləyir və "satış risklərinin" kredit reytinqləriilə yanaşı , Moody's-də nəşrinin mümkünlüyünü istisna etmir.

Bununla belə, B.Klarkson ABŞ-da ipoteka kreditləşməsi böhranı nəticəsində ucuzlaşan bir sıra aktivlərə yüksək reytinqlərin verilməsi ilə bağlı, reytinq agentliklərinin ünvanına çoxsaylı ittihamları təkzib edib. O bildirib ki, reytinqlər bazarın kordinal dəyişikliklərini hesablaya bilməz və bir daha qeyd edib ki, agentlik reytinq şirkətlərinin reytinq verilməsi ilə bağlı hansı əməliyyatları keçirməsinə cavabdeh deyil.

Subprime böhranının effektləri nəzərə çarpdıqdan sonra, beynəlxalq reytinq agentliyi 2007-ci ilin birinci rübünün sonunda ipoteka şirkətlərinin istiqrazçılar tərəfindən defoltların qəfil artımı ilə bağlı ilk məlumatlara kifayət qədər adekvat reaksiya verməməkdə ittiham olunur.

Xəbər lenti

Xəbər lenti