...

BFB – da qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Sentyabr 2007 03:04 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir İ.Xəlilova/ Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 10300117S saylı dövlət qeydiyyatından keçmiş, ümumi həcmi 5 000 000 manat, bir istiqrazın nominal dəyəri - 200 manat, tədavül müddəti 182 gün olan qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Sifarişlər 4 investor tərəfindən təqdim olunmuşdur. Sifarişin nominal üzrə ümumi məbləği 3 233 600 manat təşkil etmişdir.

Sifarişlər 95.02% (gəlirlik 10.51%) və 96.28% (gəlirlik 7.75%) qiymət intervalında təqdim edilmişdir.

İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti - 95.02% (gəlirlik 10.51%) orta ölçülmüş qiymət - 95.28% (gəlirlik 9.93%) səviyyəsində Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmişdir.

İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 3 233 600 manat məbləğində , o cümlədən 124 000 AZN məbləğində qeyri rəqabətli sifarişlər daxil olmaqla müəyyən edilmişdir.

İstiqraz vərəqələrinin ödəmə tarixi 18 Mart 2008-cı ildir.

İstiqraz vərəqələrinin mülkiyyət hüquqlarının uçotu BFB-nın depozitarisində aparılır.

Xəbər lenti

Xəbər lenti