...

Bakının mərkəzində sanitar-gigiyenik normalara əməl etmədiyinə görə bir neçə dönərxana bağlanılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Sentyabr 2007 21:04 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir C.Babayeva/ Çərşənbə günü Bakının mərkəzi küçələrində bir neçə dönər satışı məntəqəsi bağlanılıb. M.Rəsulzadə küçəsində 4 dönərxana bağlanılıb.

Bağlanılan dönərxanaların işçiləri hesab edirlər ki, bu müvəqqəti haldır. Dönərxanaların işlərinin dayandırılmasını onlar Azərbaycan Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) qərarı ilə əlaqələndirirlər.

RGEM-in məlumatına əsasən, dönərxanalar sanitar-gigiyenik normalara əməl etmədiyinə görə bağlanılıb.

"May ayından bəri mərkəz Bakıda 12 dönər satışı məntəqəsini bağlayıb" - deyə Qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev bildirib.

Qüsurlar aradan qaldırlacağı təqdirdə obyektlər fəaliyyətə başlaya biləcəklər.

Xəbər lenti

Xəbər lenti