...

Bakı Fond Birjasında Milli Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Sentyabr 2007 19:27 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Sentyabrın 26-da Bakı Fond Birjasında Milli Bankın 50103916S dövlət qeydiyyat nömrəli, ümumi həcmi - 55 000 000 manat, hərraca çıxarılan həcm 45 000 000 manat, bir notun nominal dəyəri - 200 manat, tədavül müddəti - 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərracda 9 investor iştirak edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 49 304 400 manat təşkil edib. Sifarişlər 99.46% (gəlirlik 6.98%) - 99.54% (gəlirlik 5.94%) qiymət intervalında təqdim olunub. Notların rəqabətli sifariş üzrə kəsmə qiyməti - 99.51% (gəlirlik 6.33%) orta ölçülmüş qiymət - 99.52% (gəlirlik 6.20%) səviyyəsində Milli Bank tərəfindən müəyyənləşdirilib.

Notların nominal üzrə reallaşdırılmış həcmi 3 172 400 manat həcmində, qeyri-rəqabətli sifarişlər daxil olmaqla, 45 000 000 manat məbləğində müəyyən edilib.

Notların ödəmə tarixi 24 Oktyabr 2007-cı ildir.

Xəbər lenti

Xəbər lenti