...

Azərbaycanın baş naziri: " Gürcüstan və Azərbaycan aparıcı ticarət tərəfdaşlarına çevriliblər"

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Sentyabr 2007 17:08 (UTC +04:00)
Azərbaycanın baş naziri: " Gürcüstan və Azərbaycan aparıcı ticarət tərəfdaşlarına çevriliblər"

Azərbaycan, Bakı / Trend , müxbir İ.Xəlilova/ Cümə axşamı Bakıda Azərbaycan-Gürcüstan dövlətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının dördüncü iclası işə başlayıb.

Azərbaycan tərəfinin sədri, Baş nazir Artur Rəsizadənin verdiyi məlumata görə, iclas iki ölkə arasında iqtisadi əlaqələri daha sürətli templərlə inkişaf etdirmək üçün stimul olacaq.

Nazirin sözlərinə görə, keçirilən üçüncü iclasdan sonra humanitar-iqtisadi əlaqələrin inkişafı ilə bağlı böyük həcmdə işlər görülüb, inteqrasiya ilə bağlı real iş aparılıb. İki ölkə arasında ticarət dövriyyəsinin 1,5 dəfə artması bunu sübut edir.

"Gürcüstan və Azərbaycan təkcə ticarət-iqtisadi münasibətlər sahəsində deyil, həmçinin "Bakı-Tbilisi-Ceyhan" və "Bakı-Tbilisi-Ərzurum" kimi iri layihələrdə iştirak sahəsində də aparıcı tərəfdaşlara çevriliblər", - deyə Artur Rəsizadə bildirib.

Gürcüstanın Baş naziri Zurab Noqaideli hesab edir ki, Azərbaycan iqtisadiyyatının dinamik inkişafı Gürcüstanda da artım tempinin sürətlənməsinə təsir göstərir. İqtisadi artımın 12% olması buna sübutdur.

"Energetika və nəqliyyat sahəsində birgə iş dünyanın istənilən regionunda əməkdaşlığın bir nümunəsidir" - deyə Gürcüstan hökumətinin başçısı bildirib.

Xəbər lenti

Xəbər lenti