...

Ağ göl Milli Parkında monitorinq keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Sentyabr 2007 20:10 (UTC +04:00)

Azərbaycan, Bərdə/ Trend , müxğir ŞöCəliloğlu. Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ,Dövlət Baytarlıq Xidmətinin və Səhiyyə Nazirliyinin nümayəndələri Ağcabədi rayonu ərazisində yerləşən Ağ Göl Dövlət Milli Parkında monitorinq keçiriblər. Respublika Baytarlıq Xidmətinin əməkdaşı Mehman İmanovun Trend in bölgə müxbirinə verdiyi məlumata görə, adətən, ilin bu aylarında köçəri quşlar bu əraziyə gəldiyindən, hər hansı xəstəlik ola bilər. Ona görə də burada daimi yaşayan və köçəri quşlardan qan nümunələri götürülərək, Respublika Baytarlaq Xidmətinə aparılacaq. Analizin nəticələri isə, iki gündən sonra açıqlanacaq. Parkın rəisi Məhəmməd Hüseynovun sözlərinə görə, bu il hər hansı xəstəlikdən bir quş belə, tələf olmayıb, əksinə, quşların sayının artımı müşahidə olunub.

Xəbər lenti

Xəbər lenti