...

Bank Respublika 25 000-ci plastik kartını buraxıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Oktyabr 2007 17:24 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Bank Respublika 25 000-ci plastik kartının buraxılışını qeyd edib. Bankın məlumatında bildirilir ki, bu münasibətlə bankın baş ofisində 25 000-ci kartın sahibinə fəxri şəhadətnamə və hədiyyə təqdim olunub.

Bank Respublika müştərilərə MasterCard və VISA plastik kartlarını pulsuz və illik xidmət haqqı olmadan təklif edir. Bank Respublika kartlar üzrə ilə, sadəcə, iş yerindən arayış əsasında, girovsuz və zaminsiz 200-dən 5 000-dək AZN / USD / EUR məbləğində 35 günədək faizsiz kredit xətti almaq imkanı yaradır. Bank, həmçinin, kartlar üzrə Home-Banking, Card-to-Card və sair əlavə xidmətlər də göstərir.

Hazırda Bank Respublika müştəriləri olan MasterCard, Maestro və VISA plastik kart istifadəçiləri arasında "Paris səyahəti" uduş kampaniyasını keçirir. Kampaniyanın əsas mükafatı 2 nəfərə 7 günlük Paris səyahətidir. 12 əlavə mükafat isə, 2 videokamera və 10 ədəd Pod musiqi pleyeridir.

Bu il avqustun 1-dən dekabrın 1-dək Bank Respublika-nın plastik kartları ilə ən azı 20 AZN / USD / EUR həcmində aparılan hər əməliyyat, avtomatik olaraq, 1 şans kimi qeyd olunur. Kampaniyanın qalibləri bu il 20 dekabrın 20-də keçiriləcək lotereya oyununun nəticəsində müəyyən olunacaqlar.

Xəbər lenti

Xəbər lenti