...

Dövlət Baytarlıq Xidməti Azərbaycanda quş qripinin olmadığını bildirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Oktyabr 2007 19:58 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Xidməti Azərbaycanda quş qripinin olmadığını bildirir.

Dövlət xidmətindən verilən məlumata görə, "NewsProm.Ru" saytında Tümen vilayətinin baytarlıq nəzarəti xidmətinə istinadən verdiyi məlumat həqiqətə uyğun deyil.

Saytın məlumatında bildirilir ki, Azərbaycanda quş qripinə yoluxma ilə əlaqədar olaraq,avia- nəqliyyatla Tümen vilayətinə gətirblən 2 kq quş ətinin musadirə və məhv edilib.

Baytarlıq xidmətinin verdiyi məlumata görə, ölkədə quş qripi xəbərdarlığı ilə bağlı doqquzuncu monitorinq başa çatıb. Laborator müayinələrin nəticələri oktyabrın 6-da məlum olacaq. Ölkədə vəziyyət sabit olaraq qalır.

Xəbər lenti

Xəbər lenti