...

Türkiyə Daşınmaz Əmlakın Reyestr Xidmətinin rəhbəri: "Türkiyə Azərbaycanda öz vahid kadastr sistemi modelini tətbiq etmək istəyir" (video)

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Oktyabr 2007 20:12 (UTC +04:00)
Türkiyə Daşınmaz Əmlakın Reyestr Xidmətinin rəhbəri: "Türkiyə Azərbaycanda öz vahid kadastr sistemi modelini tətbiq etmək istəyir" (video)

Azərbaycan, Bakı Trend , müxbir Ü.İsmayılova/ Türkiyə Daşınmaz Əmlakın Reyestr Xidməti Azərbaycanda öz daşınmaz əmlakın vahid kadastr sistemini tətbiq etmək istəyir. Bu barədə çərşənbə axşamı Bakıda Türkiyə Reyestr Xidməti rəhbəri Zəki Adlı bildirib.

Azərbaycanın Daşınmaz Əmlakın Reyestri Dövlət Xidməti daşınmaz əmlakın qeydiyyatı layihəsinin icrasına başlayıb ki, bunun da həyata keçirilməsində Türkiyə yardım edir. Layihənin həyata keçirilməsi barədə razılıq iyul ayında Azərbaycan hökuməti və Dünya Bankı arasında imzalanıb.

"Azərbaycan üçün bu hələ yeni sistemdir və onun tam tətbiqi üçün zaman tələb olunur",-deyə Adlı söyləyib.

Layihə 4 komponentdən ibarətdir - daşınmaz əmlakın qeydiyyatı; dövlət əmlakının idarə olunması və reyestri; baza kartoqrafiyası və torpaq kadastrı; layihənin idarə olunması, siyasətin formalaşdırılması və treninqlər.

Layihənin dəyəri 38,57 mln. dollar təşkil edir ki, bunun da 30 mln. dolları Beynəlxalq İnkişaf və Yenidənqurma Bankının payına düşür. Kredit ehtiyatları ,5 il güzəşt dövrü ilə, 20 il müddətinə ayrılıb.

Xəbər lenti

Xəbər lenti