...

Bank Respublikanın 7 əmanətçisi növbəti aylıq uduş kampaniyasında mükafat qazanıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Oktyabr 2007 21:00 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Dünən Bank Respublika əmanətçiləri arasında aylıq uduş kampaniyasının növbəti tirajını keçirib və Bankın daha 7 əmanətçisi mükafatlar qazanıb.

Bankın 2 əmanətçisi hər biri 1000 ABŞ dolları məbləğində 2 pul mükafatı, daha 5 əmanətçi isə hər biri 200 manat dəyərində kampaniyanın əlavə mükafatlarını qazanıblar. Əlavə mükafat qazanan əmanətçilər öz istəklərinə əsasən 200 AZN məbləğində olan mükafatlardan birini seçə bilərlər: mobil telefon, DVD pleyer, rəqəmsal fotoaparat, qol saatı və ya iPod musiqi pleyeri.

Kampaniyada ən azı 6 ay müddətində və 1000 AZN / USD / EUR məbləğində olan əmanətlər iştirak edirlər. Əmanətin hər 1000 AZN / USD / EUR məbləği hər ay 1 şansa bərabərdir. Qaydalara əsasən Bankın əməkdaşlarının və səhmdarlarının əmanətləri kampaniyada iştirak etmirlər.

Bu günədək Bank Respublika-nın 52 əmanətçisi hər biri 1000 ABŞ dolları məbləğində pul mükafatları və 40 əmanətçisi əlavə mükafat qazanıb.

Bank Respublika-nın əmanətçiləri əmanətin məbləği və müddətindən asılı olaraq pulsuz MasterCard və VISA kartlarını əldə edə, "Home Banking" xidmətindən yararlana, Bankın hesabına tibbi sığorta və güzəştli şərtlərlə kredit ala bilərlər.

Bank Respublika həmçinin plastik kart müştəriləri arasında uduş kampaniyası keçirir. Kampaniyanın əsas mükafatı 7 günə 2 nəfərlik Paris səyahətədir. Əlavə mükafatlar isə 2 videokamera və 10 ədəd iPod musiqi pleyeridir.

Xəbər lenti

Xəbər lenti