...

İsrail sahibkarları Azərbaycanın ixracın və investisiyanın təşviqi Fondu ilə sıx əməkdaşlıq edəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Oktyabr 2007 15:19 (UTC +04:00)
İsrail sahibkarları Azərbaycanın ixracın və investisiyanın təşviqi Fondu ilə sıx əməkdaşlıq edəcəklər

İsrail, Yerusəlim / Trend , müxbir R.Məmmədov /İsrail sahibkarları ölkələr arasında ticari-iqtisadi münasibətlərin stimullaşdırılması üçün Azərbaycanın ixracın və investisiyanın təşviqi Fondu ilə sıx əməkdaşlıq etmək niyyətindədirlər.

"Uzunmüddətli, sıx və səmərəli əməkdaşlığa dair Memorandum Azərbaycanlıların Yaxın Şərq Konqresinin (AYŞK) iş adamları və Sahibkarlar Birliyi ilə Azərbaycanın ixrac və investisiyanın təşviqi Fondu (AZPROMO) arasında imzalanıb" - deyə çərşənbə axşamı AYŞK prezidenti Aleks Şapiro-Suliman məlumat verib.

Konqress rəhbəri bildirib ki, Memorandum qanun və hüquq normalarına müvafiq olan ticari-iqtisadi inkişaf, o cümlədən iqtisadiyyatın inkişafı və xarici ticarətin son göstəriciləri, bazar tələbatı, həmçinin, onun perspektivli inkişaf proqnozuna dair qarşılıqlı informasiya mübadiləsini nəzərdə tutur.

Onun sözlərinə görə, tərəflər 2008-ci ilin birinci yarısında Bakıya Azərbaycanda biznesin təşkil edilməsində mraqlı olan İsrail investor və şirkətlərindən ibarət birinci ticarət missiyasının təşkil edilməsinə dair razılıq əldə ediblər.

İsrail şirkətlərinin turizm, kənd təsərrüfatı və informasiya texnologiyaları sahəsində təmsil olunacağı gözlənilir.

Şapiro-Suliman bildirib ki, Konqresin iş adamları, Sahibkarlar Birliyi və AZPROMO biznes-forumların təşkili, ticari-iqtisadi yarmarkalar, beynəlxalq sərgilər və konfranslar kimi tədbirlərin keçirilməsi, həmçinin, İsrail və Azərbaycan arasında ticari-iqtisadi əməkdaşlığa yardım edəcək işgüzar görüşlər və seminarların təşkil olunması üçün bütün imkanları nəzərdən keçirəcəklər.

Xəbər lenti

Xəbər lenti