...

Ekspert: Azərbaycanda inflyasiya bir rəqəmli səviyyədə ola bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Oktyabr 2007 12:15 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir U.İsmaylova/ Azərbaycan Nazirlər Kabineti Apparatının iqtisadiyyat və maliyyə-kredit şöbəsinin keçmiş müdiri Oqtay Haqverdiyev bildirib ki, əgər Hökumət 2007-ci ilin əvvəlində olduğu kimi enerji daşıyıcılarının qiymətini qaldırmazsa, 2008-ci ildə Azərbaycanda inflyasiya bir rəqəmli səviyyədə ola bilər.

Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, 2008-ci ildə Azərbaycanda inflyasiya 2007-ci il ci ildə qeydə alınan 17 faizlə müqayisədə 16,6 faiz təşkil edəcək.

Cari ilin yanvar ayında Azərbaycanın Tarif Şurasının qərarı ilə enerji daşıyıcıları və kommunal xidmətlərin qiymətləri qaldırıldı ki, bu da ümumi qiymət artımına səbəb oldu.

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu hesab edir ki, BVF-nın inflyasiya artımı üzrə proqnozları Hökumətin inflyasiyaya təsir edən amilləri aradan qaldırmayacağı təqdirdə özünü doğrulda bilər.

İbadoğlunun sözlərinə görə, əsas amil inhisardır.

"Əgər inflyasiyaya təsir edən amillər aradan qaldırılmasa, gələn il inflyasiyanın səviyyəsi 15 faiz həddində müəyyən olunacaq" - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti