...

Nazir: "Azərbaycanın istehlak bazarından keyfiyyətsiz Çin malları yığışdırılacaq"

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Noyabr 2007 16:46 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Ü.İsmayılova/ Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayevin cümə günü mətbuat konfransında verdiyi məlumata görə, gələn həftədən başlayaraq, keyfiyyətsiz Çir malları Azərbaycanın istehlak bazararından yığışdırılacaq.

"Biz bu malların Azərbaycan bazarından yığışdırılması məqsədilə, Azərbaycana keyfiyyətsiz Çin malları gətirən idxalçılara qarşı sanksiyalar tətbiq etmək niyyətindəyik" - deyə Babayev bildirib.

Nazirin sözlərinə görə, gələn həftə nazirlik istehlak bazarında Çin istehsalı olan keyfiyyətsiz oyuncaqların və geyimlərlə bağlı aparılan yoxlamaların yekunlarını açıqlayacaq.

ABŞ-da uşaq oyuncaqlarının iri istehsalçılarından biri olan "Mattel Inc" avqust ayında şirkətin müəsisələrindən birində istehsal olunmuş 18,2 mln. oyuncağı ABŞ, Kanada, Böyük Britaniya və Meksika bazarından geri götürüb. Oyuncaqların geri götürulməsinin səbəbi, oyuncaqda istifadə olunan boyanın tərkibində qurğuşunun çox olması və oyuncaqlara maqnit yerləşdirilməsidir.

Xarici KİV-nin verdiyi məlumata görə, təhlükəli Çin oyuncalarından istifadə nəticəsində, ABŞ-da bir neçə uşaq əziyyət çəkib.

"Biz bütün Çin mallarının ölkəyə gətirilməsinə qadağa qoya bilmərik. Qadağalar Azərbaycana keyfiyətsiz qalantereya məhsulları və oyuncaqlar gətirən konkret istehsalçılara və şirkətlərə şamil olunacaq" - deyə Babayev bildirib.

Xəbər lenti

Xəbər lenti