...

AYİB keçid dövrünü yaşayan ölkələrdə 2007-ci ildə iqtisadi inkişafın yeni rekord səviyyəsini gözlənir

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Noyabr 2007 22:44 (UTC +04:00)
AYİB keçid dövrünü yaşayan ölkələrdə 2007-ci ildə iqtisadi inkişafın yeni rekord səviyyəsini gözlənir

Azərbaycan, Bakı / Trend müxbir İ.Xəlilova/ Avropa Yeniləşdirmə və İnkişaf Bankının cümə axşamı aşkarladığı hesabatında deyilir ki, keçid dövrünü yaşayan ölkələrdə 2007-ci ildə iqtisadi inkişafın yeni rekord səviyyəsi gözlənilir. Bank həmçinin qlobal aləmdəki böhranla əlaqədar tətbiq edilən kredit məhdudlaşdırmalarının uzaq gələcəkdə ləngidiləcəyini proqnozlaşdırır.

Avropa Bankının əməkdaşlıq etdiyi ölkələrdə 2007-ci ildə orta hesabla 7 faizlik artım gözlənilir. 2006-cı ildə bu göstərici 6,9 faizə bərabər idi. İqtisadi artım bir sıra amillərlə əlaqələndirilir: dayanıqlı daxili tələbat, sərmayə yatırımlarının artımı, beynəlxalq bank kreditləri və bəzi hallarda enerji qiymətləri.

Ümumi əmtəə istehsalının faktiki həcmi Azərbaycanda 2006-cı ildəki 34,5 faizdən 2007-ci ildə 30 faizədək azalmışdır.

Hesabatda iqtisadi perspektivlərin səmərəliliyinin saxlanılacağı, lakin keçid iqtisadiyyatlı ölkələrin sürətli artım zamanı hər halda dünyanın maliyyə bazarları ilə əlaqədar problemlərlə qarşılaşdığı qeyd olunur.

2008-ci ildə sürətli inkişafı ilə fərqlənən MDB ölkələrində artım tempi bir qədər azalacaq və orta hesabla 6,1 faizə enəcək.

ABŞ-ın ipoteka bazarındakı problemlərlə əlaqədar xarici maliyyələşdirmənin qiymətinin artması xarici kredit həcmini azaltmışdır, bu isə keçid dövrünü yaşayan ölkələrdə iqtisadi artımın ləngidilməsinə gətirib çıxara bilər.

Avropa Bankının şesabatında həmçinin xarici borclara böyük tələbatı olan dövlətlərdə güclü iqtisadi enmə baş verdiyi də göstərilir.

Xəbər lenti

Xəbər lenti