...

Prezident Aparatı yanında iri enerji və nəqliyyat layihələrini nizamlayacaq yeni xüsusi xidmət yaradılacaq – Gürcüstan prezidenti

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Noyabr 2007 17:16 (UTC +04:00)
Prezident Aparatı yanında iri enerji və nəqliyyat layihələrini nizamlayacaq yeni xüsusi xidmət yaradılacaq – Gürcüstan prezidenti

Gürcüstan, Tbilisi / Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan prezidenti Mixail Saakaşvili Prezident Aparatı yanında bütün iri enerji və nəqliyyat layihələrini nizamlayacaq yeni xidmətin yaradılmasına dair bəyanat verib.

"Bu Xidmətin rəhbəri Milli Təhlükəsizlik Şurasının keçmiş baş katibi Kote Kemulariya olacaq. Məncə, onun yerinə ölkənin təhlükəsizliyini yaxşı və dəqiq görən keçmiş təhsil və elm naziri Aleksandr Lomaya təyin olunacaq" - deyə bu gün Gürcüstanın Milli Muzeyində mədəniyyət və incəsənət xadimləri ilə görüş zamanı Saakaşvili bildirib.

"Siz bilirsiniz ki, biz iki gündən sonra möhtəşəm bir layihənin, Əsrin Layihsi olan Qars-Axalkalaki dəmir yolunun tikintisinin həyata keçirilməsinə başlayacağıq. Onun vasitəsilə Gürcüstan Avropa dəmir yolu sisteminə qoşulacaq. İndi artıq Gürcüstan nəqliyyat şəbəkəsindən kənarda qalmayacaq, Avropaya qoşulacaq və biz Tbilisidə qatara minərək, nəqliyyat dəyişdirmədən, Paris, Lissabon və digər yerlərə gedə biləcəyik" - deyə o bildirib.

Prezident qeyd edib ki, Gürcüstan Avropanın bir hissəsi olacaq. "Bizimçün Rusiya vasitəsilə daha qısa yol var, lakin bu yol, Abxaziya Gürcüstanın tərkibinə qaytarıldıqdan sonra bərpa olunacaq" - deyə Gürcüstan lideri bildirib.

Xəbər lenti

Xəbər lenti