...

Cənubi Qafqazdan olan yüzlərlə sürücü İliçevski tərk edə bilmirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Noyabr 2007 17:43 (UTC +04:00)

Ukrayna, Kiyev / Trend müxbir Z.Novosvitski/ Ukraynanın NTN kanalının verdiyi məlumata görə, Gürcüstan, Azərbaycan və Ermənistandan olan iki yüzədək sürücü İliçevsk bərə - keçidində təcrid olunub və artıq üç həftədir ki, öz ölkələrinə göndərilmələrini gözləyirlər. "Qreysvald" bərəsi planlı təmirdə olduğundan, noyabrın 1-dən etibarən, Avropadan qayıdan yüzdən çox yük maşını İliçevski tərk edə bilmirlər. "Mən belə şey görməmişəm. Ləngimələr olurdu-beş gün, altı gün, amma 10 gündən bir aya qədər-bu heç vaxt olmayıb. Yol üçün pul qalmayıb. Bərəyə ödəməyə pul, yemək yoxdur, gecələr qızınmaq üçün mühərrikləri yandırırq" - 40 illik iş stajı olan sürücü Elqudza Yakobidze deyir. İliçevskdən Potiyə bərə göndərən gəmiçilik şirkətindən bildirirlər ki, planlı təmir haqqında əvvəlcədən xəbərdarlıq edirdilər. Sürücülərin niyə məhz bura gəlmələrini onlar anlamırlar. Sürücülər təsdiqləyirlər ki, onları xəbərdar etməyiblər və yaxın günlərdə onlara evə qayıtmağa kömək edilməsə, dəmir yollarını bağlayacaqlar.

Xəbər lenti

Xəbər lenti