...

JBIC Azərbaycanın su təminatı layihəsinin yenidən qiymətləndirməsini aparacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Noyabr 2007 20:45 (UTC +04:00)

Azərbaycan, Bakı Trend , müxbir İ.Xəlilova / Çərşənbə günü Azərbaycan konsaltinq şirkəti ASPI xəbər verib ki, Yaponiya Beynəlxalq Əməkdaşklıq Bankı (JBIC) və Azərbaycan hökuməti su təminatı və kanalizasiya sisteminin yaxşılaşdırılması layihəsinə qoşulmuş rayonların siyahısının ixitsarı barədə razılığa gəliblər.Əgər əvvələr layihəyə 10 rayon qoşmaq güman edilirdisə, tikinti materiallarının bahalaşması ilə əlaqədarolaraq, layihə Şamaxı, Salyan, Neftçala, Bərdə və Quba rayonları ilə məhdudlaşacaq. Rayonların sayının ixtisarının vacibliyi hökumətin yapon bankından 160-180 mln. dollar vəsait götürülməsini planlşadırması ilə əlaqədar yaranıb - qalan xərcləri ölkə hökuməti öz üzərinə götürür.İlkin qiymətləndirməyə görə, layihənin ümumi dəyəri 200 mln. dollar olacaq. Layihənin yenidən qiymətləndirilməsi üçün dekabrın 10 -12 - də Bakıya JBIC missiyasının səfəri gözlənilir.Səfər çərçivəsində, bankın layihədə iştirak payı hökumətlə tam razılaşdırılacaq.Layihənin texniki-iqtisadi əsaslandırılmasını Tokio Engineering/ASPI konsorsiumu hazırlayıb. Fiziki işlərə 2008 -ci ilin oktyabr ayından başlamaq planlaşdırıldığından, yapon bankının Direktorlar Şurası tərəfindən Layihənin təsdiqi artıq ilin əvvəlində mümkündür.

Xəbər lenti

Xəbər lenti