...

Bank Respublika "Masallı" regional şöbəsini açıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Noyabr 2007 12:11 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir U.İsmaylova/ Bank Respublika ölkənin regionlarında xidmət şəbəkəsini genişləndirmək məqsədi ilə Masallı şəh., M.S.Talışxanov küç. 36 ünvanında yerləşən yeni "Masallı" şöbəsini açıb.

"Masallı" şöbəsi əhaliyə, şirkətlərə və təşkilatlara müxtəlif bank xidmətləri təklif edir. Bu xidmətlər sırasında hesablaşma-kassa xidmətlərini, depozitlər, MasterCard və VISA plastik kartları, Western Union, Contact, Migom, Coinstar, PrivatMoney, Bıstraya poçta, Xpress Money və Blizko sistemləri üzrə təcili pul köçürmələrini və sair xidmətləri göstərmək olar.

"Bank Respublika"nın hazırda Bakı, Gəncə, Sumqayıt, Əli Bayramlı, Quba, Xaçmaz, Lənkəran, Masallı, Yevlax, Bərdə, Şəmkir və Göyçay şəhərlərində 14 filialı və 10 şöbəsi fəaliyyət göstərir. Bakı şəhərində "Bank Respublika"nın Baş Ofisi, "Mərkəz", "Azadlıq", "Azneft", "Nərimanov", "Nəsimi", "Əhmədli", "Bakıxanov" filialları, "Memar Əcəmi", "Alatava", "Yasamal" və "Ağa Neymətulla" şöbələri fəaliyyətdədir.

"Bank Respublika"nın bütün filial və şöbələri müştərilərə nahar fasiləsi olmadan həftənin 6 günü bank xidmətləri göstərir. Bakıda həmçinin müştərilərə həftənin bütün günləri 24 saat fasiləsiz xidmətd olan Ofis24 fəaliyyət göstərir..

Xəbər lenti

Xəbər lenti