...

Avropa Şurasının Miqrasiya Departamenti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əməkçi miqrantların müdafiəsi üzrə seminarlar keçirirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Noyabr 2007 19:58 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Noyabrın 28 - də "Əməkçi miqrantların hüquqi statusu haqqında" 1977 - ci il Avropa Konvensiyasına əsasən, əməkçi miqrantların müdafiəsi mövzusunda seminar işə başlayıb. Seminarın təşkilatçısı Avropa Şurasının Miqrasiya Departamenti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, iki gün davam edəcək seminarda Avropa Şurasının ekspertləri, Azərbaycanın Xarici İşlər, Maliyyə, İqtisadi İnkişaf, Ədliyyə nazirliklərinin, həmçinin, Beynəlxalq Miqrasiya və Beynəlxalq Əmək təşkilatının nümayəndələri iştirak edəcəklər. Seminarda əmək miqrasiyasının idarə olunması və təkmilləşdirilməsi, Avropa Konvensiyasının əməkçi miqrantların müdafiəsi sahəsində rolu, Azərbaycan qanunvericiliyinin Əməkçi miqrantların hüquqi statusu haqqında Avropa Konvensiyasına, eləcə də, Avropa Şurasının digər konvensiyalarına uyğunluğu, xaricdəki azərbaycanlı miqrantların qorunması məsələləri müzakirə ediləcək.

Xəbər lenti

Xəbər lenti