...

Azərbaycanda "Caspian International Investment Company"nin təsis edilməsi ilə bağlı sənədlər imzalanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Noyabr 2007 14:13 (UTC +04:00)
Azərbaycanda "Caspian International Investment Company"nin təsis edilməsi ilə bağlı sənədlər imzalanıb

Azərbaycan, Bakı / Trend müxbir İ.Xəlilova / Bu gün Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) və İslam İnkişaf Korporasiyasının (İCD) iştirakı ilə yaradılan yeni "Caspian International Investment Company"nin təsis edilməsi ilə bağlı birinci yığıncaq keçirilib.

Yekun olaraq AİŞ və İCD-nin icraçı direktorları Anar Axundov və Xalid Əl-Əbudi arasında şirkətin təsis edilməsi ilə bağlı sənəd imzalanıb.

"İnvestisiya şirkətinin yaradılmasında məqsəd ərəb ölkələrindən investisiyaların cəlb edilməsidir ki, bu da multiplikator effekti yaradacaq. Böyük təcrübəyə malik korporasiya ilə əməkdaşlıq etmək bizim üçün çox əhəmiyyətlidir" - deyə Axundov imzalanma mərasimndə bildirib.

İCD-nin icraçı direktoru öz növbəsində qeyd edib ki, müştərək investisiya şirkətinin yaradılması məqsədilə Azərbaycana potensial irnvestisiya yatırılması ilə bağlı imkanlar öyrənilib. İCD-nin icraçı katibi hesab edir ki, bazarın 95%-i islam korporasiyası üçün açıqdır. Onun sözlərinə görə, maliyyə resurslarından başqa korporasiya ölkəyə nou-hau da gətirmək niyyətindədir.

"Bizim məqsədimiz Azərbaycana təkcə investisiya cəlb etməkdən deyil, eləcə də xarici ölkələrə çıxış əldə etməkdən, Azərbaycan şirkətlərinin beynəlxalq standartlar səviyyəsinə çatdırılmasından ibarətdir" - deyə Əl-Əbudi bildirib.

Şirkətin təsis edilməsi ilə bağlı yığıncaqda "Caspian International Investment Company" şirkətinin Azərbaycanda kənd təsərrufatı, tibb, əczaçılıq, tikinti materiallarının istehsalı kimi sahələrə investisiya qoymaq perspektivləri nəzərdən keçirilib. Lakin Axundov yeni layihələrin nəzərdən keçirilməsi imkanlarını da istisna etməyib və yeni investisiya şirkətinin fəaliyyəti ilə tanış olmaq məqsədilə işgüzar dairələr üçün təqdimat mərasimi keçiriləcək.

Onun sözlərinə görə, strategiyaya uyğun olaraq investisiyalar iqtisadiyyatın real sektorunda rellaşacaq, burada şəriətin prinsiplərinə zidd olması səbəbindən spirtli içkilər və donuz əti məhsullarının istehalı istisna edilir.

Şirkətin ilkin mərhələdə nizamnamə kapitalı 3-4 mln. dollar təşkil edəcək, iki ildən sonra isə bu, 70 mln. dollara qədər artırılacaq. AİŞ-in iştirak payı 25% təşkil edir. Şirkət təkcə AİŞ və İCD-nin hesabına deyil, Yaxın Şərq və Fars körfəzindən olan investorların vəsaitləri hesabına da formalaşdırılacaq.

Belə bir maliyyə institutunun yaradılması təşəbbüsü ilə İİB prezidenti Əhməd Məhəmməd Əli çıxış edib.

Xəbər lenti

Xəbər lenti