...

Bakı Banklararası Valyuta Birjası noyabrın 29 – da keçirilən ticarət sessiyalarının nəticələrini açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Noyabr 2007 19:23 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə,29 noyabr tarixdə USD/AZN ortaölçülü məzənnəsi hər ABŞ dollarına görə 0,8458 AZN təşkil edib. Bu barədə birjanın yaydığı xəbərdə bildirilir. BEST sistemində keçirilən Səhər sessiyasının açılış məzənnəsi hər ABŞ dollara görə 0,8465 AZN təşkil edib. USD/AZN T+0 aləti üzrə əqdlər qeydə alınmayıb. Sessiyanın yekunlarına görə, manatın orta məzənnəsi dollara nisbətən dəyişilməz qalıb. BEST-in Gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 3 890 520 AZN təşkil edib. Gündüz sessiyasının nəticələrinə görə, manatın orta məzənnəsi dollara nisbətən 0,8458 AZN təşkil edib.Hər iki sessiyanın nəticələrinə əsasən, ümumi həcm USD/AZN aləti üzrə $4 600 000 ABŞ dolları və ya 3 890 520 AZN təşkil edib. Orta hesabla, hər sövdələşmənin payına 1 150 000 ABŞ dolları düşür. USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə, dilerlər tərəfindən əqdlər bağlanılmayıb. AVRO və Rus Rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib. BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi manat vəsaitləri üzrə illik 15,00%, ABŞ dolları üzrə isə, illik 16,00% təşkil edib. Gün ərzində kredit alətləri üzrə banklar arasında əqdlər qeydə alınmayıb.

Xəbər lenti

Xəbər lenti