...

Azərbaycan sığorta bazarını 2008 – ci ildə nə gözləyir –bazar iştirakçılarının rəyi

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Dekabr 2007 18:18 (UTC +04:00)
Azərbaycan sığorta bazarını 2008 – ci ildə nə gözləyir –bazar iştirakçılarının rəyi

Azərbaycan, Bakı/ " TrendCap ", müxbir Ü.İsmayılova/ Azərbaycan sığorta bazarı 2007 - ci ildə, əvvəlki illərə nisbətən, daha yüksək templərlə inkişaf etməyə başlayıb. Son 9 ay ərzində sığorta şirkətləri 101 mln. manat (120 mln. dollardan çox) məbləğində sığorta haqqı toplayıblar. Bu şirkətlərin sığorta ödənişləri 24 mln. manatdan çox ( 28 mln. dollardan çox) olub. 2006 - cı il ərzində isə, şirkətlər 88 mln. manat (104 mln. dollar) məbləğində sığorta haqqı toplayıblar. Sığorta ödənişləri 43 mln. manat (51 mln. dollar) təşkil edib. Sentyabrda Maliyyə nazirliyi, qanuna zidd olduğu üçün, xüsusi kapitalları Nizamnamədə göstəriləndən az olan Qorgud Sigorta və Star Alliance şirkətlərindən sığorta fəaliyyətinə dair lisenziyanı ləğv edib. Payızda Maliyyə nazirliyi Bakı Sigorta və Qarant Sigorta şirkətlərinə sığorta fəaliyyəti göstərmək üçün lisenziya verib. Sığorta şirkətlərinin Nizamnamə kapitalı , qüvvədə olan Sığorta haqqında Qanuna görə, 700 min manat, yeni Qanuna əsasən 1 mln. manat təşkil etməlidir. Ölkə parlamentində sığorta işinin aparılması və sığorta üzrə nəzarət beynəlxalq standartları əsasında hazırlanan sığorta haqqında yeni qanun ikinci oxunuşa hazırlanır.

Azərbaycan sığorta bazarının Trend tərəfindən sorğu edilmiş iştirakçıları 2008 - ci ildə bazarın inkişafına dair öz fikirlərini bildiriblər:

Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti şöbəsinin müdiri Namiq Xəlilov: --2008 - ci ildə sığorta fəaliyyəti və məcburi sığorta haqqında yeni qanunun qəbul edilməsi gözlənilir. Biz ümid edirik ki, bu Qanun sığorta səviyyəsinin yüksəlməsinə, şikayətlərin azalmasına və xidmətin keyfiyyətinin yaxşılaşmasına gətirəcək.

MBASK sığorta şirkətinin idarə heyətinin sədri Cəmil Məlikov:

--2008 - ci ildə Azərbaycanda, birinci növbədə. sığorta haqqında yeni Qanunun qəbul edilməsi ilə əlaqədar olaraq, sığorta bazarının inkişaf tempi aşağı düşəcək. Şirkət rəhbərləri, yeni qanunda nəzərdə tutulmuş şirkətin daxili menecment sisteminin təkmilləşdirilməsi ilə məşğul olacaqlar və bu, şirkət rəhbərlərini genişlənmə və inkişafdan yayındıracaq. İkinci səbəbsə, 2007 - ci ildə sığorta şirkətlərinin əksəriyyətinin həm yerli, həm də beynəlxalq institutlarla biznesin inkişafına dair çoxlu müqavilə imzalamalarıdır. Belə ki, indi onlar bu razılaşmaları necə reallaşdırmaq barədə düşünməli olacaqlar.

B& G sığorta şirkətinin idarə heyətinin sədri Əfqan Murtuzayev:

--2008 - ci ildə sığorta şirkətlərinin artım tempi Azərbaycan iqtisadiyyatının artım tempinə çatacaq. Sığorta iqtisadiyyatın bir sahəsidir və maliyyə ilə birbaşa əlaqəsi var. Ölkə iqtisadiyyatının kifayət qədər maliyyə ehtiyatları varsa. Deməli, sığortaya yatırmağa maliyyə var.

Azergarant sığorta şirkətinin idarə heyətinin sədr müavini Şükür Hüseynov:

-- 2008 - ci ildə Azərbaycanın sığorta bazarı, 2007 - ci ildə olduğu kimi,inkişafı yüksək templə davam etdirəcək. 2008 - ci ilin dövlət büdcəsində qeyri - neft sektoruna böyük diqqət ayrılıb. Bu, müxtəlif sferalarda sığortaya ehtiyacı olan yeni şirkətlərin yaranmasına səbəb olacaq. Sığorta bazarının keyfiyyətinin yaxşılaşması və inkişafına səbəb olacaq ikinci amilsə, ölkənin iqtisadi artım səviyyəsinin tələblərinə cavab verəcək sığorta haqqında yeni Qanunun qəbul edilməsi olacaq.

Xəbər lenti

Xəbər lenti